2025-ci ilin ilk dörd ayında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 39,3 milyard manat təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% artıma işarə edir.
Neft-qaz sektoru üzrə əlavə dəyər 3,5% azalsa da, qeyri neft-qaz sektorunda 3,3%-lik artım müşahidə olunub.
ÜDM-in strukturuna nəzər salsaq, sənaye sektoru 37,3% ilə əsas paya sahib olub. Ticarət və nəqliyyat vasitələrinin təmiri 9,9%, nəqliyyat və anbar təsərrüfatı 7%, tikinti 5,9%, kənd təsərrüfatı və balıqçılıq 3,3%, turizm və ictimai iaşə 2,8%, informasiya və rabitə isə 1,8% payla çıxış edib. Digər sahələrin ümumi iqtisadiyyatda payı 21,7% təşkil edib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 10,3%-ni əhatə edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 3841,8 manat olub.