2 C
Baku
Wednesday, February 11, 2026

Azərbaycanda iqtisadi artım tempi son 13 ayın maksimumuna yüksəlib

Azərbaycanda 2026-cı ilin yanvar ayında ümumi daxili məhsul istehsalı illik müqayisədə 1,7 faiz artıb. Bu dekabrdakı 1,4 faizi üstələməsi deməkdir. Sonuncu dəfə 2024-cü ilin dekabrında 4,1 faiz olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda 9 milyard 78,7 milyon manatlıq ÜDM istehsal edilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər