7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iqtisadi artım tempi 4.5%-ə yüksəldi

2024-cü ilin yanvar-iyul aylarında ölkədə 70544,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artmışdır.

ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər