13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda iqtisadi artım tempi sürətləndi

2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372.2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz çoxdur. Öncəki yanvar-iyun aylarında isə iqtisadi artım tempi 0.5 faiz idi.

Azərbaycanda hökumət 2023-cü il üzrə ölkənin iqtisadi artım proqnozlarını yaxşılaşdırıb. 2023-cü ilin yekunlarına görə, Azərbaycanın ÜDM-nin 111.6 milyard manat (5.6 milyard manat çox) səviyyəsində olacağı, o cümlədən qeyri-neft-qaz sahəsində ÜDM-in real ifadədə 77.7 milyard manat (4.4 milyard manat) olacağı gözlənilir. Bundan öncə ÜDM-in ilin sonuna 106 milyard manat olacağı proqnoz edilirdi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3.4 faiz artmışdır.

ÜDM istehsalının 42.8 faizi sənaye, 9.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.9 faizi tikinti, 2.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.6 faizi informasiya və rabitə sahələrinin, 17.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 938.8 manata bərabər olunub.

34

Son xəbərlər
Digər xəbərlər