Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 121.4 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4.8 % çox ümumi daxili məhsul istehsal olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycanda iqtisadi artım tempi cari ildə may ayında illik 7.2%-ə çatsa da, növbəti aylarda azalmağa başlayıb.