Azərbaycanda iri aqro kompleksin rəhbəri dəyişib

“Gilan Holding” MMC-nin  Qəbələdəki heyvandarlıq kompleksi  olmuş “Aqro Kompleks Qəbələ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişib.

Bu barədə Banker.az xəbər verir.

Xəbərə görə, Əbülfəz Məlikov Ağarəhim oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Mahir Bayramov Saday oğlu əvəzləyib.

“Aqro Kompleks Qəbələ” MMC 2011-ci ildə yaradılıb və 29 369 470 manat nizamnamə kapitalına sahibdir. 20 hektar  ərazidə inşa olunan  kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər