27 C
Baku
Wednesday, April 24, 2024

“Azərbaycanda iri dövlət müəssisələrinə dair məlumat bazası yaradılıb”

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən iri dövlət müəssisələrinə dair məlumat bazasıyaradılıb. Bu barədə Komitənin sədri Kərəm Həsənov deyib.

“ƏMDK iri Dövlət müəssisələrə dair vahid məlumat bazasıyaradıb. Hazırda bazada 20 iri müəssisəyə dair məkumat yerləşdirilib. Bu baza Dünya Bankının tövsiyyələrinə əsasən yaradılıb”, – K.Həsənov çərşənbə axşamı “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, həmçinin xüsusi veb platforma yaradılıb, burada şirkətlər onlayn rejimdə zəruri məlumat yerləşdirə bilər.

“Həmçinin bazada kadr uçotu, maliyyə və mühasibatlıq göstəricilərinə dair məlumat toplanıb”, – K.Həsənov qeyd edib.

O əlavə edib ki, gələcəkdə məlumat bazasına daxil olunacaq dövlət müəssisələrinin sayının artırılması planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər