6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı məlum olub

Əcnəbilərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti həyata keçirməsi üçün 2022-ci ildə Dövlət Miqrasiya Xidməti 4.674 nəfərə iş icazəsi verib.

Bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, 2.875 nəfərin müvafiq icazələrinin müddətini uzadılıb, habelə əcnəbiləri qanunsuz əmək fəaliyyətinə cəlb etmiş 200 işəgötürəni inzibati qaydada cərimələyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər