15.9 C
Baku
Monday, May 19, 2025

Azərbaycanda işçi vizası ilə çalışan əcnəbilərin sayı azalıb

2025-ci ilin I rübünün sonuna olan məlumata əsasən, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış qüvvədə olan iş icazələrinə malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 067 nəfər olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 464 nəfər və ya 18,3% azalma deməkdir. 2024-cü ilin I rübündə bu göstərici 2 531 nəfər təşkil edirdi.

İş icazələrinin bölgüsünə baxdıqda, ən böyük pay tikinti sahəsinə məxsusdur. Lakin bu sektorda da əhəmiyyətli azalma müşahidə olunur. 2024-cü ilin ilk rübündə əcnəbilərin 48,5%-i tikinti sahəsində çalışırdısa, 2025-ci ildə bu göstərici 41,5%-ə düşüb.

Emal sənayesində pay 8,2%-dən 10,7%-ə yüksəlib. Turizmlə bağlı sahələrdə (turistlərin yerləşdirilməsi və ictimai iaşə) iştirak 7,2%-dən 8,1%-ə artıb.

Mədənçıxarma sənayesində isə əksinə, azalma qeydə alınıb — 7,5%-dən 7,6%-yə cüzi artıb

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində pay 4,6%-dən 5,5%-ə yüksəlib.

İnzibati və yardımçı xidmətlər üzrə pay 4,5%, digər sahələr üzrə isə 2024-cü ildə 20,2%, 2025-ci ildə isə 22,1% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər