2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda işçi vizası üzrə yeni rüsumlar müəyyən olundu – SİYAHI

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair sənəddə qeyd edilir.

Dəyişiklikdə deyilir,

“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək – 700 manat;
18.58.1.2. 6 ayadək – 900 manat;
18.58.1.3. 1 ilədək – 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək – 500 manat;
18.58.2.2. 6 ayadək – 700 manat;
18.58.2.3. 1 ilədək – 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək – 350 manat;
18.58.3.2. 6 ayadək – 600 manat;
18.58.3.3. 1 ilədək – 1000 manat.”.

 

Son xəbərlər
Digər xəbərlər