Azərbaycanda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar özlərini aktiv şəkildə işçilərin dələduzluğundan sığortalamağa başlayıb.
Bu barədə mənbə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar – avqust aylarında sözügedən sığorta növü üzrə 656 min manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.
2016-cı ilin ilk 8 ayında işçilərin dələduzluğu ilə bağlı sığorta hadisəsi baş verməsə də, bu ilin ilk 8 ayında vəziyyət fərqli olub. Sığorta şirkətləri bu istiqamətdə 1,719 mln. manat sığorta ödənişi həyata keçiriblər. Bu isə o deməkdir ki, ödəniş yığımdan 2,62 dəfə çox olub.