13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda işsizlik səviyyəsi mayda 5.61%-ə düşüb – DSK rəqəmləri açıqladı

2023-cü il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 mln. 213.1 min nəfər olub, onlardan 4 milyon 920.6 min nəfərini məşğul əhali təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

DSK deyib ki, yeni hesabatlar 2019-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri nəzərə alınıb.

Beləliklə, 1 iyun tarixinə Azərbaycanda işsizlərin sayı 292.5 min nəfər olub. Buda ümumi iqtisadi fəal əhalinin 5.61%-dir. Bundan öncə isə işsizlik səviyyəsi 5.63%-dən yuxarı idi.

Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 mln. 734.2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901.1 min nəfər, qeyri-dövlət sektorunda isə 833.1 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 702.4 min nəfər çalışıb.

32232333223332

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.3 faizi emal sənayesində, 6.7 faizi tikintidə, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi mədənçıxarma sənayesində, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19.2 faizi təhsil, 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5.1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi peşə, elmi və texniki fəaliyyət, 3.1 faizi istirahət, əyləncə və incəsənət, 2.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.1 faizi maliyyə və sığorta fəaliyyəti, 1.8 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2023-cü il may ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı (min nəfər)

İqtisadi fəaliyyət növləri Cəmi o cümlədən
qeyri-dövlət dövlət
Ölkə üzrə – cəmi 1734.2 901.1 833.1
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 62.7 25 37.7
Mədənçıxarma sənayesi 33.5 11.7 21.8
Emal sənayesi 127.2 17.6 109.6
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 27.1 26.6 0.5
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 34.1 30.9 3.2
Tikinti 116.4 25 91.4
Ticarət; nəqliyyat vasitələrinin təmiri 325 2.2 322.8
Nəqliyyat və anbar təsərrüfatı 74.1 42.8 31.3
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 37.3 1.7 35.6
İnformasiya və rabitə 32 14 18
Maliyyə və sığorta fəaliyyəti 35.6 6.9 28.7
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 18.4 5.7 12.7
Peşə, elmi və texniki fəaliyyət 62.4 31.2 31.2
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 87.8 64.8 23
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 111.7 106.3 5.4
Təhsil 333.3 318.8 14.5
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 144 118.3 25.7
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 53.6 48.5 5.1
Digər sahələrdə xidmətlərin göstərilməsi 18 3.1 14.9

 

Son xəbərlər
Digər xəbərlər