6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda istehlak bazarı 3% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 39,8 mlrd. manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3% artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini real ifadədə 3% üstələyərək 38,2 mlrd. manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 402,3 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər