5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda IT şirkətinin gəlirlərinin azalması ardından xalis mənfəəti 49% azalıb

Azəraycanda əsasən kompyuter və təhlükəsizlik sisteminin, aksesuarlarının satışı, quraşdırılması, texniki servisini həyata keçirən “ESTET” MMC-nin 2023-cü ildəki gəlirləri 19 faiz azalıb.

Banker.az xəbər verir ki, şirkət 2022-ci ildə 16.04 mln. manat gəlir əldə etdiyi halda, bu, 2023-cü ildə 12.98 mln. manata düşüb.

Bununla belə, 2022-ci ildə 5.59 mln. manat xidmətinin maya dəyəri olduğu halda, bu xərclər 2023-cü ildə daha çox azalaraq 5.3 mln. manata düşüb.

“ESTET”in ümumi mənfəəti illik müqayisədə 23 faiz artaraq 7.97 mln. manat olub.

Şirkətin bütün gəlirləri və vergi xərci də daxil bütün xərcləri fərqindən sonra 1.14 mln. manatlıq xalis mənfəəti olub. Keçən il onun xalis mənfəəti 2.24 mln. manat idi.

Xalis mənfəətdən sonra kapitalındakı 6.1 mln. manat bölüşdürülməmiş mənfəəti olub.

Xatırladaq ki, “ESTET” MMC 1997-ci ildən Azərbaycanda fəaliyyətədədir. Hal-hazırda Azərbaycan, Özbəkistan, Gürcüstanda olan fililalları və digər MDB ölkələrindəki partnyor şirkətləri vasitəsi ilə inşaat firmalarını, inteqratorları və digər müəssisələri yüksək , orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin edir. Kompyuter və təhlükəsizlik sisteminin, aksesuarlarının satışı, quraşdırılması, texniki servisi xidməti ilə məşğuldur.

22222

Son xəbərlər
Digər xəbərlər