6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda Kənd təsərrüfatı məhsullarının istehsalı 4%-ə qədər artdı

Kənd təsərrüfatında 2023-cü ilin yanvar-fevral aylarında diri çəkidə 90.4 min ton ət, 322.3 min ton süd, 355.6 milyon ədəd yumurta və 39.5 min ton tərəvəz istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 2.8 faiz, süd istehsalı 1.1 faiz, yumurta istehsalı 16.1 faiz və tərəvəz istehsalı 0.8 faiz artıb.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3.3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3.4 faiz, bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər