Azərbaycanda kərə yağının qiyməti bahalaşıb.
Ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan “Ankor” yağının qiyməti 15,2 manata yüksəlib.
Qeyd edək ki, Azərbaycan yağa olan tələbatını idxal hesabına ödəyir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində – 7 767.35 ton kərə yağı idxal edilib.