2021-ci ilin Azərbaycanda kərə və bitki yağının qiymətində bahalaşma müşahidə olunur.
Banker.az-ın Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, yanvarda kərə və bitki yağının qiymət indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib.
Belə ki, kərə və bitki yağının qiyməti aylıq müqayisədə 1% bahalaşıb.
Həmçinin süd və süd məhsullarının qiymətində yanvarda dekabr ayına nisbətən 0.7% bahalaşma qeydə alınıb.