Bu gün sosial şəbəkə səhifələrində “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlının videomüraciəti yayımlanıb. Rəhbəri olduğu şirkətin müflisləşməsində gömrük orqanlarını ittiham edən Arif Şəmistanlı mayın 12-də Dövlət Gömrük Komitəsinə dəvət edilib və müraciətində qaldırdığı məsələlər nəzərdən keçirilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən 2023-cü ildə “Mover” MMC sürətli daşımalarla az həcmdə məşğul olub və onun rastlaşdığı çətinliklər daha əvvəlki illərə təsadüf edir.
Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır.