7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda kartla ödənişlərdə problem yaşanıb

Ötən axşam Azərbaycanda nağdsız ödənişlərdə problem yaşanıb.

Bununla bağlı çoxlu sayda sosial şəbəkə istifadəçisi paylaşım edib. Qeyd olunub ki, problem əsasən, supermarketlərdə və yanacaqdoldurma məntəqələrindəki ödənişlər zamanı baş verib.

Bundan başqa müştərilər bəzi bank xidmətlərinin də aktiv olmadığını bildiriblər. Onların sözlərinə görə, dünən axşam kartdan karta pul köçürmələri etmək də mümkün olmayıb.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsə də, ekspertlər bildirib ki, problem banklararası ödəniş sistemində aparılan texniki işlərlə bağlı olub. İnformasiya Texnologiyaları üzrə mütəxəssislər qeyd ediblər ki, Banklararası Kart Mərkəzində aparılan təkmilləşdirmə işləri ilə bağlı dünən saat 22:00-dan başlayaraq 2-3 saat ərzində ölkədaxili kart əməliyyatlarında məhdudiyyətlər yaşanıb.

Qeyd edək ki, sözügedən problem 3-4 saat davam edib və hazırda ölkə üzrə nağdsız ödənişlərdə hər hansı problem yoxdur.

Son xəbərlər
Digər xəbərlər