10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda KASKO sığortası bazarı 21%-dən çox böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 37 milyon 819 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Ötən ilin eyni dövründə bu göstərici 31 milyon 186 min manat olub ki, bu da illik müqayisədə 21.3% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 14% artaraq 14 milyon 7 min manat olub.

Son xəbərlər
Digər xəbərlər