Azərbaycanda katering şirkəti müflis elan olundu

“İsa Bulaq Catering Services” MMC müflis olduğunu elan edib.

Banker.az xəbər verir ki, “İSA Bulaq Catering Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.

Ləğvolunma barədə qərar şirkətin Ümumi Yığıncağı tərəfindən 15 aprel 2026-cı il tarixində (Qərar № 01/26) qəbul edilib. Qərara əsasən, cəmiyyət həmin tarixdən itibaren müflis olaraq fəaliyyətinə xitam verir.

Qeyd edək ki, Şuşa rayonu, Zəfər ünvanında hüquqi qeydiyyatda bulunan MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Fuad Yunis oğlu Quliyevdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər