9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda kommunal xidmətlərdən istifadə asanlaşdırılır

Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması ilə bağlı yeni qaydalar kommunal xidmətlərdən istifadə imkanlarını asanlaşdıracaq.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində edilən dəyişikliklərin mahiyyəti müraciət etmənin və texniki şərtin almasının asanlaşdırılmasından ibarətdir.

“Bu da imkan verəcək ki, həm yaşayış yerlərində, həm də qeyri-yaşayış obyektlərində daha qısa müddətdə və elektron prosedurlardan keçməklə kommunal xidmətlərdən istifadə etmək mümkün olsun. Bu da, təbii ki, həm də xərclərin azalmasına gətirib çıxaracaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 16 fevral tarixində keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək.

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Qoşulma xidmətinə görə ödəniş məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün layihələndirməyə, tikinti quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər daxil olmaqla), sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təsərrüfatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdir.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətlərinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər