15 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda könüllü sığorta bazarı artıb, icbari sığorta bazarı isə azalıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta üzrə 143 milyon 136 min manat sığorta haqqı toplanılıb ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Könüllü sığorta üzrə ödənişlərin məbləği isə 24 milyon 463 min manat olub ki, bu da illik müqayisədə 64% azdır.

Cari ilin 2 ayında icbari sığorta üzrə yığımların məbləği illik müqayisədə 18% azalaraq 35 milyon 171 min manata, ödənişlərin məbləği isə 56% azalaraq 14 milyon 473 min manata düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər