7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda könüllü sığorta bazarı icbari sığortanı üstəliyib

Bu ilin iki ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 117 milyon 748 min manat sığorta haqqı toplanılıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 67 milyon 110 min manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 32 milyon 911 min manat çoxdur.

Qeyd edək ki, ötən ilin ilk iki ayında könüllü sığorta üzrə 123 milyon 466 min manat sığorta haqqı, 34 milyon 198 min manat isə sığorta ödənişi həyata keçirilib.

İki ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 42 milyon 697 min manat olub ki, bu da illik müqayisədə 37% azdır. Bu dövrdə icbari sığorta növləri hesabına 33 milyon 61 min manat sığorta ödənişi həyata keçirilib. Bu da keçən ilin iki ayı ilə müqayisədə 2 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər