8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda koronavirusdan 1 nəfər vəfat etdi, daha 24 nəfər də yoluxdu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, ölkədə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

©APA

Son xəbərlər
Digər xəbərlər