25 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda koronovirusa son 1 il ərzində 234 mindən çox insan yoluxub, 3 mindən çox insan ölüb

Pandemiya yayılmağa başlayandan bu ilin 19-na kimi dünyada  114 milyondan çox insan koronovirusa yoluxub. Azərbaycanda İlk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktı isə 28 fevraldan qeydə alınıb.

Azərbaycanda koronovirusa ən çox yoluxma 2020-ci il 13 dekabr tarixində 4451 nəfər olub, ən az yoluxma isə 10 mart tarixində 2 nəfər olub.

Cari ilin  martın 1-nə kimi Azərbaycanda  ümumilikdə 234 min 537 nəfər koronovirusa yoluxub, 228 min 768 nəfər sağalıb. Azərbaycanda aktiv xəstə sayı isə 2 min 549 nəfərdir.

Bundan başqa koronovirus yayıldığı gündən Azərbaycanda 2 milyon 598 min 679 test aparılıb ki, nəticədə ölüm sayı 3 min 220 nəfərdir.

Son sutkada isə 270 nəfər koronovirusa yoluxub, 117 nəfər sağalıb, 2 nəfər ölüb. Test sayı isə 7 min 444-dir.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər