15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda koronovirusa yoluxma yenə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Banker.az Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

İndiyədək ölkəmizdə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2103 aktiv xəstə var. Bu günə qədər 9741 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.

1658925250 62e13030de71662e13030de717165892510462e13030de71462e13030de715

Son xəbərlər
 ⁠
Digər xəbərlər