11 C
Baku
Tuesday, November 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Azərbaycanda kredit müştərilərinə imtiyazlar təqdim edən loyallıq klubu kartları

Azərbaycanda kredit müştərilərinə imtiyazlar təqdim edən loyallıq klubu kartları

0
Azərbaycanda kredit müştərilərinə imtiyazlar təqdim edən loyallıq klubu kartları

“Dostlar klubu” yoxsa “Birlik Klubu”?

Banker.az monitorinq qrupunun növbəti araşdırması sektorda çox da geniş yayılmayan bir məhsul növü haqqındadır. Bu məhsul növü kart məhsulu olmaqla yanaşı, kredit müştəriləri üçün müxtəlif imtiyazlar verən loyallıq klubu kartlarıdır.

Bəs bu tip məhsul hansı Banklarda var?

Təəssüf hissi ilə bildirmək istərdik ki, bu sualın cavabı olaraq Sizlərə cəmi 2 Bankın adını təqdim edə biləcəyik. Bunlar, Bank of Baku və Kapital Bank – dır. Bank of Baku müvafiq loyallıq klubu çərçivəsində özünün kredit müştərilərinə “Dostlar klubu” kartlarını, Kapital Bank isə “Birlik Klubu” kartlarını təqdim edir. Bu kartların oxşar cəhətləri təkcə adları deyil , həmçinin təqdim edilən imtiyazlar da çox oxşardır. Məhsulların yaranma tarixinə nəzər salsaq görərik ki, Bank of Baku-nun “Dostlar Klubu” kartları 2012-ci ildən, Kapital bankın “Birlik Klubu” Kartları isə 2017-ci ildən rəsmiləşdirilməyə başlayıb. İndi isə, kartların təqdim etdiyi imtiyazlar haqqında danışaq…

Dostlar klubu

“Dostlar klubu” kartları Bank of Bakunun “müsbət” və “hədəf” kredit tarixçəli müştərilərinə pulsuz olaraq təqdim edilir. Kartların müddəti 60 aydır və 3 növü vardır: “Gümüş kart”, “Qızıl kart”“Briliant kart”. Kartların əyarını müştərinin Bankla olan kredit əməkdaşlıq müddəti müəyyən edir. Belə ki, kredit üzrə əməkdaşlıq müddəti 35 ayadək olan müştərilərə “Gümüş kart”, 36 aydan 59 ayadək olan müştərilərə “Qızıl kart”, 60 ay və daha çox olan müştərilərə isə “Briliant kart” təqdim edilir. Müvafiq kartların 2 əsas özəlliyi vardır. Bunlardan birincisi kartlarda ekspress kredit xəttinin olması, ikincisi isə kredit ödənişlərinin müəyyən faizinin kartda bonus şəklində toplanmasıdır. Yığılmış bonuslar müştərinin növbəti kredit müraciəti zamanı kredit üzrə komissiyanın ödənilməsinə yönləndirilir. Qeyd olunan şərtlərlə ətraflı olaraq aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Kartın növü Ekspress kredit xəttinin maksimal məbləği Kredit xəttindən istifadəyə görə komissiya Kredit ödənişlərindən hesablanan bonus
Gümüş 200 AZN 7 AZN Əməkdaşlıq müddəti 12 ayadək olduqda – 0.1%

Əməkdaşlıq müddəti 13 – 35 ay olduqda – 0.2%

Qızıl 300 AZN 10 AZN 0.3%
Briliant 400 AZN 12 AZN 0.5%

 

Qeydlər:

  1. Ekspress kredit xətti üzrə formalaşan borc istifadə tarixindən asılı olmayaraq növbəti ayın 10-dan gec olmamaqla banka geri ödənilməlidir. Müştəri tam borcu ödəməyə çətinlik çəkərsə, yalnız komissiya məbləğini də ödəyə bilər, lakin hər ayın 11-i tarixində müştəriyə yenidən əsas borcuna uyğun komissiya hesablanacaq.
  2. Ekspress kredit xəttindən hissə – hissə istifadə zamanı komissiya məbləği daha çox ola bilər, bu səbəbdən Bank ay ərzində müvafiq məbləğin hamısını istifadə etmək istəyən müştərilərə ATM-lərdən tam nağdlaşmanı tövsiyyə edir.
  3. Müvafiq kartlar yalnız lokal ATM şəbəkəsində istifadə üçün nəzərdə tutulub, yəni nağdsız və online əməliyyatların aparılması mümkün deyil.
  4. Bonuslar müştərinin bankdan əldə etdiyi istehlak və mikro kreditləri üzrə yalnız gecikməsiz, vaxtında edilmiş ödənişlər üzrə hesablanır.

Birlik klubu

“Birlik Klubu” kartları 120 aya rəsmiləşdirilir və qiyməti 5 AZN-dir. Kartın 3 növü vardır: Gümüş, Qızıl və Platin. Dostlar klubu kartlarından fərqli olaraq bu kartlarda ekspress kredit xətti mövcud deyil, lakin kart sahibləri kredit əldə etdikdə komissiya güzəşti ilə yanaşı illik faiz dərəcəsində endirim və kredit müddətində güzəşt də əldə edirlər. Birlik Klubu kartlarının hansı müştərilərə verilməsi və hər kart növü üzrə imtiyazlar haqqında məlumat ətraflı aşağıdakı cədvəldə qeyd edilmişdir.

Kartın növü Kimlərə verilir? Komissiya güzəşti Faiz güzəşti Müddət güzəşti
Gümüş minimum 2 dəfə kredit götürənlərə 30% güzəşt edilir və komissiya 0.7% təyin edilir. Standart faiz dərəcəsinə 0.5% endirim tətbiq edilir. Kreditinin maksimal müddətinə +12 ay əlavə edilir. Cari şərtlərə əsasən maksimal müddət 36 aydır, lakin Birlik Klubu kart sahibləri 48 aya kredit əldə edə bilərlər
Qızıl 3 və daha çox kredit götürənlərə 40% güzəşt edilir və komissiya 0.6% təyin edilir. Standart faiz dərəcəsinə 1.0% endirim tətbiq edilir
Platin 5-dən çox kredit götürənlərə 50% güzəşt edilir və komissiya 0.5% təyin edilir. Standart faiz dərəcəsinə 1.5% endirim tətbiq edilir

 

Qeydlər:

  1. Aktiv gecikməsi olan müştərilərə “Birlik klubu” kartları verilə bilməz.
  2. Faiz , komissiya və müddət güzəştləri “Gündəlik Tələbat Krediti” məhsulu üzrə nəzərdə tutulub.
  3. Yalnız Kapital Bankın maaş və pensiya kart sahibləri “Birlik Klubu” kartlarını əldə edə bilər.

Banker.az monitorinq qrupu olaraq hər iki kartın müqayisəsi ilə bağlı Sizlər üçün faydalı ola biləcəyini düşündüyümüz aşağıdakı fikirlərimizi qeyd etmək istərdik:

“Dostlar Klubu” kartının üstünlükləri :

  1. İstənilən Bankdan maaş və təqaüd alan müştərilərə təqdim edilə bilməsi.
  2. Ekspress kredit xəttinin mövcudluğu.

“Birlik klubu” kartının üstünlükləri :

  1. İllik faiz dərəcəsində endirim tətbiq edilməsi.
  2. Kreditin müddətində güzəşt tətbiq edilməsi.