6 C
Baku
Sunday, December 15, 2024

Proqnoz: Dünyada dollar bu ilin son rübündən bahalaşmağa başlayacaq

Qlobal valyuta bazarlarında ABŞ dollarının məzənnəsi bu ilin IV rübündən artmağa başlayacaq.

Yerli analitika qrupu Report bildirir ki, bunun üçün bir sıra önəmli səbəblər var.

İlk növbədə ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıra bilər. Bu il artım tempinin 0,25% deyil, 0,5% olacağı proqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları, eləcə də Dodd-Frank qanununun ləğvi ölkədə iqtisadi və qiymət artımlarını sürətləndirəcək. Vergi islahatları ölkəyə investisiya axınına, gömrük rüsumları idxal inflyasiyasına, Dodd-Frank qanununun ləğvi isə kreditləşmənin həcmini artıraraq daxili inflyasiyaya ciddi təkan verəcək. Nəticədə, bu il ABŞ-da uçot dərəcəsi 2,75%-ə yüksələ bilər. Hazırda bu göstərici 1,75% təşkil edir.

Sadalanan səbəblər USD/EUR nisbətinin bu ilin sonuna qədər 1,15-ə, gələn il isə paritet səviyyətə qədər enməsinə gətirib çıxaracaq.

FED 2019-cu ildə uçot dərəcəsini 3,5%-4%-ə qədər yüksəldə bilər. Bundan sonra ABŞ iqtisadiyyatında sabitlik bərpa oluna, USD/EUR nisbəti 0,95-ə düşə bilər.

2020-ci ildə sabitləşəcək maliyyə bazarları, 2022-ci ildə növbəti faiz artımı dalğası ilə üzləşəcək. Bu zaman FED-in uçot dərəcəsini 6-8%-ə yüksəldəcəyi gözlənilir. Son nəticədə 1 avro 0,84 dollara bərabər ola bilər.

“Report”un analitik qrupu dünya bazarında neftin 1 barelinin qiymətinin 2019-cu ildə 35 dollara, 2022-ci ildə isə 25 dollara düşəcəyini proqnozlaşdırır. Qızılın 1 unsiyasının qiyməti isə 2019-cu ildə 1 000 dollara, 2022-ci ildə isə 850 dollara düşə bilər.

Dünya iqtisadiyyatında növbəti əsaslı inkişaf dalğası 2023-cü ildən sonra olacaq. Xatırladaq ki, iqtisadi tsiklları təhlil edən məşhur alim Nikolay Kondratyevin dalğa nəzəriyyəsinə görə isə, iqtisadi durğunluq 18 ilə yaxın davam edir. Qlobal iqtisadi böhranın 2007-ci ildə başladığı nəzərə alınarsa, gerilmə dövrü 2025-ci ildə bitməli, növbəti 25 ilin iqtisadi artım dövrü olmalıdır.

Son xəbərlər
Digər xəbərlər