Azərbaycanda fəaliyyət göstərən “fin-tech” – Bank Olmayan Kredit Təşkilatı “FinTrend” QSC-nin (A.SET Kredit) rəhbəri dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi xəbərində deyilir.
Məlumata görə, “A.SET Kredit”in Təkbaşına rəhbəri olan Cəfərov Rüfət Rahib oğlu istefa verib. Onun yerinə, Fətəliyev Anar Akif oğlu təyin edilib.
Qeyd edək ki, bu BOKT əsasən elektron və məişət avadanlıqları satan şirkətlərin müştərilərinin kreditləşməsində iştirak edir. BOKT 2020-ci ildə 2020-ci ildə 126 min manatlıq zərər edib. 1 yanvar 2021-ci il tarixinə “FinTrend” BOKT-un aktivlərinin həcmi 1 153 min manat (bunun 563 min manatı kredit portfeli olub), öhdəliklərinin həcmi 900 min manat olmuşdur.