Azərbaycanda mikro-bazar kimi görünən kreditlərin sığortalanması 2020-ci ildə 35% kiçilib.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar-mart ayları ərzində cəmi 11 100 manatlıq kredit sığortalanıb. Öncəki ilin analoji dövründə bu rəqəm 16 900 manat idi. Lakin, dövr ərzində heç bir sığorta hadisəsi baş verməyib.
Kreditlərin sığortası — kredit götürənin müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar borcu (krediti) qaytarmaması nəticəsində borc (kredit) verənə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
Bundan əlavə işin dayanması ilə bağlı risklərdən sığorta cəmi 1 600 manat haqq yığılıb.