Azərbaycanda “Cryptoyote” adlı kriptovalyutaların ticarəti platforması yaradılıb. Bunu layihənin rəhbəri Orxan Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda bu həll test mərhələsindədir və onun tam istifadəyə verməsi bu ayın sonunadək nəzərdə tutulub.
“Burada söhbət süni intellekt əsasında çalışan botdan gedir. Hazırda bu həll kriptovalyuta bazarındakı vəziyyəti analiz edərək müəyyən proqnoz verir ki, hansı kriptovalyutanı nə vaxt almaq və satmaq lazımdır. Bu proses tam olaraq avtomatlaşdırıb. Lakin “Cryptoyote”un tətbiqi sahəsi genişdir. Biz ilkin olaraq kriptovalyuta bazarından başladıq. Daha sonra isə onun tətbiqi genişləndiriləcək. Bu həll fond birjalarda da tətbiq oluna bilər”, – deyə O. Əhmədov bildirib.
©Ona