-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması planlaşdırılır

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var:

“Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib, Administrasiyada yekun müzakirə mərhələsindədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər