Azərbaycanda maliyyə lizinqi bazarında fəaliyyət göstərən “Legion Financial” ASC hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmlər buraxacaq.
Banker.az bunu “Legion Financial”ın emisya prospektinə istinadən xəbər verir.
Beləliklə, səhm kapitalı 95 000 manat artırılmış olacaq.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 2 245 000 manat olmaqla onun səhmləri İsmayılov Turan Mübariz oğlu (57.91 %), Süleymanlı Rahim Rəhman oğlu (24.94%) və Soltanov Rövşən Rafiq oğlu (11.14%) adlı fiziki şəxslərə məxsusdur.