32 C
Baku
Tuesday, September 2, 2025

Azərbaycanda lizinq şirkətindəki səhmlərin böyük hissəsi satılıb – İki yeni investor gəlib

Azərbaycanda lizinq şirkəti “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının strukturunda dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, “Hermes Finance”də əvvəlki səhmdarları olan –Sabina Sadiq Namiq qızı və Cəfərov Rəvan Əsad oğlu müvafiq olaraq 50 faiz və 28.33 faiz paylarını satıblar.

Onların paylarını Karman Quliyev Vaqif oğlu (45%) və Mirzəyev Həmid Mövsüm oğlu (10%) yeni səhmdarlar kimi daxil olub.

Əvvəllər nizamnamə kapitalında 21.667% paya malik olan Mehraliyeva Nurana Ramiz qızı isə payını 45%-ə qədər artıraraq əsas səhmdarlardan birinə çevrilib.

2025-ci ilin ilk yarısında “Hermes Finance” MMC nizamnamə kapitalını 750 min manatdan 900 min manata yüksəldib. Artım 600 yeni səhm emissiyası hesabına həyata keçirilib. Səhmlərin nominal dəyəri əvvəlki kimi 250 manat olaraq qalıb.

Son xəbərlər
Digər xəbərlər