Azərbaycan şirkəti formasını dəyişir.
Banker.az xəbər verir ki, “Cronos” MTK təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, “Cronos” MTK 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi İlham Əliyev Fərrux oğludur.