Cari ilin ikinci rübündə Azərbaycanda maliyyə axını ötən ilin eyni dövrü ilə müqayisədə 18.8% artaraq 26.5 milyard manat olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (27.9%), topdan və pərakəndə ticarət (15.1%) və tikinti (11.7%) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1.6 milyard manat artım) və tikinti (722.8 milyon manat artım) olub.