11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda maliyyə şirkəti sığorta üzrə şirkət yaradıb

Azərbaycanda ödəniş sistemləri bazarında fəaliyyət görsətərən “FinDynemix” MMC daha bir şirkət yaradıb və sığorta bazarında da mövqe qazanmaq istəyir.

Banker.az xəbər verir ki, “FinDynemix” MMC tərəfindən “CIB Sığorta Agentliyi” MMC təsis edilib.

Şirkət “CIBPay” MMC ilə eyni ünvanda – Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 13A, yaxud “Xətai İş Mərkəzi”də qeydiyyata alınıb.

“CIB Sığorta Agentiyi” MMC-nin direktoru Valid Sadıxov Fuad oğludur və nizamnamə kapitalı 100 manat olmaqla rəsmiləşdirilib. V.Sadıxov ana şirkət olan “FinDynemix” MMC-də kommersiya direktorudur.

Qeyd edək ki, “CIB” ödəniş sistemi, yaxud “CİB Pay” MMC 2022-ci ilin əvvəlinə qədər ölkənin prosessinq mərkəzi olan “Milli Kart” MMC-yə məxsus idi və ilin əvvəlindən “FinDynemix” MMC alıb.

“FinDynemix” 2019-cu ildə təsis edilib, onun nizamnamə kapitalı isə 592 000 manat təşkil edir.

 

 

Son xəbərlər
Digər xəbərlər