Azərbaycanın maliyyə texnologiyaları bazarında 25-dən çox iştirakçı var və həmin bu oyunçuların əsas fəaliyyət istiqamətləri onlayn ödəniş platformaları, elektron pul qabları, özünəxidmət köşkləri və şairdir.
Bunu “Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov deyib.
Onun sözlərinə görə, şirkətlərin təxminən 55.6%-i Azərbaycanda artıq zərərsizlik nöqtəsini keçmiş şirkətlərdir. “Bu şirkətlərin təxminən 11%-i məhsulun hazırlanması səviyyəsindədir, 44%-i inkişaf etməkdədir və təxminən 4-5%-i inkişaf edib bazarda oturuşmuş şirkətlərdir. Bazarda olan şirkətlərin təxminən 20%-i xaricdə fəaliyyət göstərən şirkətlərdir və yaxud xarici şirkətlərin Azərbaycanda nümayəndəlikləri qismində mövcuddurlar”,- deyə Ruslan Talıbov qeyd edib.