Bu ilin may ayının 1-nə ölkə iqtisadiyyatının maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 29.1 min nəfər olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda çalışanların sayı 6 min nəfər, özəl sektorda çalışanların sayı isə 23.1 min nəfər təşkil edib.
Ötən ilin eyni dövründə isə maliyyə və sığorta fəaliyyəti sahəsində muzdla çalışan işçilərin sayı 28.6 min nəfər, dövlət sektorunda bu göstərici 5.5 min nəfər, özəl sektorda isə 23.1 min nəfər olub. Belə ki, dövlətdə işləyənlərin sayı 9% artıb, özəldə işləyənlərin sayı isə dəyişməyib.