Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi

“Azersun Holding” MMC-yə daxil olan marketlər şəbəkəsi “AL Market” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Burhan Sevahil “AL Market”in baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə 2025-cü ilin əvvəlindən çalışan Muhammed Zulfu Ozceliki əvəzləyib.

Burhan Sevahil 2017-ci ildən “Azersun”un “Bazar Store” mağazalar şəbəkəsinə rəhbər kimi gəlib. 2024-cü ildən isə “OMID”in rəhbəri təyin edilib.

Xatırladaq ki, “Al Market” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 42.28 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər