Azərbaycanda nano şampunlar və nano-örtük istehsal ediləcək.
Banker.az xəbər verir ki, bu haqda “Proline Chemicals” MMC YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinə həsr olunan iclasda bildirilib.
“Proline Chemicals” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investisiya layihəsi haqqında məlumat verib.
Sonra müzakirələr aparılıb, “Proline Chemicals” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.