Pivə istehsalı üçün zəruri xammalların Azərbaycanda lokallaşdırılması üzrə işlərə başlanılıb.
Bunu Azərbaycanın əsas pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkətinin korporativ əlaqələr üzrə meneceri Lalə Əfəndi deyib.O, gələcək perspektivdə ölkədə mayaotu plantasiyalarının salınması barədə imkanları qiymətləndirərək qeyd edib ki, pivə istehsalında zəruri inqrediyentlərdən sayılan arpanın lokallaşdırılması üzərində işlərə 2019-cu ilin sonundan başlanılıb.
“Mütləq şəkildə növbəti inqrediyentlərin də lokallaşdırılması üzərində çalışacağıq və təbii ki, dövlətin dəstəyi ilə bunlar hamısı reallaşdırıla bilər”, – deyə L. Əfəndi qeyd edib.