8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda metro sərnişinlərinin sayı 90 mln.-u ötüb

Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 112.5 mln. ton yük, 1119.9 mln. sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq yük daşınmasında 0.9 %, sərnişin daşınmasında 1.8% artım qeydə alınıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 92.2%-i avtobus, 7.8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7.1% artıb, sərnişin dövriyyəsi isə 0.5% azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 20.8 faiz artaraq 90.2 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1132.4 min və ya 96% çox sərnişin daşınıb, daşımaların 99.5%-i dövlət, 0.5%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 21.3% artaraq 556.6 min ton olub.

Son xəbərlər
Digər xəbərlər