19 C
Baku
Sunday, May 5, 2024

Azərbaycanda mikro sahibkarların banklara 2.6 milyard manatdan çox kredit borcu var

2023-cü ilin dekabr ayının sonuna Azərbaycanda biznes kreditləri portfeli 12 milyard 617 milyon manat təşkil edir.

Banker.az bu barədə Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Ötən ilin dekabrında aylıq müqayisədə mikro sahibkarlığa verilən kreditlər 7 milyon manat artaraq 2 milyard 630 milyon manata, kiçik sahibkarlığa verilən kreditlər isə 33 milyon manat azalaraq 1 milyard 586 milyon manat, iri sahibkarlığa verilən kreditlər isə 361 milyon manat artaraq 6 milyard 252 milyon manat təşkil edib.

Biznes kredilərinin 3 milyard 735.2 milyon manatı kiçik və orta sahibkarların banklara olan borcudur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər