Azərbaycanda xidməti fəaliyyət zamanı minaya düşən mülki şəxslərə şəhid və müharibə əlili statusunun verilməsi təklif edilir.
Bunu Qarabağ qazisi, jurnalist Rəy Kərimoğlu QHT nümayəndələrinin iştirakı ilə Ermənistanın mina terroru ilə bağlı keçirilən müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, həlak olan mina qurbanları şəhid, əlil olan mina qurbanları isə müharibə əlili statusu ilə təmin edilməlidir: “Minaya düşən şəxslər var ki, əmək qabiliyyəti yoxdur, II qrup əlillik verilib, cəmi 200 manat civarında müavinət alır. Bu, düzgün deyil. Həmin şəxslər müharibə əlili sayılmalıdır”.