2020-ci il üzrə Azərbaycanda mis filizi hasilatı 2 milyon 638.27 min kq həcmində olub.
Banker.az xəbər verir ki, bu da 2019-cu illə müqayisədə 19.5% artım deməkdir.
1 yanvar 2021-ci il tarixinə mis filizinin həcmi 242.26 min kq təşkil edib.
Ötən il ərzində 5.25 mln kq. həcmində isə izolyasiya edilməmiş mis kabellər, 452.5 min kq saflaşdırılmamış mis, 265 min kq əsaslı aşqarlar, 184.5 min kq mis çubuqlar, 499.1 min kq saflaşdırılmış misdən mis ərintilərindən məftil və 465.9 min kq saflaşdırılmış misdən məftil istehsal edilib.
Hasil edilmiş mis ölkədəki daxili emala yönəldilib.