8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda MMC-lərə kapital barədə məlumatla bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda MMC-lərə nizamnamə kapitalı barədə məlumatın vaxtında təqdim edilməməsinə görə xəbərdarlıq edilə bilər.

Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“MMC-lərin tamamilə ödənilmiş nizamznamə kapitalı barədə məlumatın qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə dövlət qurumuna təqdim edilməməsinə görə, cərimələrin tətbiq edilməsi nəzərdə tutulur. Bu cərimələr vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün 1 000 manat təklif edilir. Amma nəzərə alaq ki, bu məlumatlar elektronlaşıb və praktiki olaraq bütün dövlət qurumları bu məlumatlara inteqrasiya olunub. Təklif edirəm ki, həm elektronlaşma səviyyəsinin yüksək olmasını nəzərə alaraq, həm də məlumatların inteqrasiya olunmasını nəzərə alaraq birbaşa cərimələr tətbiq olunmasın, ilkin olaraq xəbərdarlıq edilsin. Daha sonra məlumatlar təqdim edilmədiyi halda cərimələrin tətbiq olunması həyata keçirilsin. Düşünürəm ki, bu biznes üçün yeni imkan ola bilər. Nəzərə alaq ki, məlumatlar elektronlaşdığı üçün növbəti mərhələdə həmin qurumların da inteqrasiya nəticəsində həmin məlumatlara çıxış imkanları olacaq. Çünki, praktiki olaraq həmin cəmiyyətlər nizamnamə kapitalını ödəyiblər, söhbət sadəcə məlumatların vaxtında təqdim edilməməsindən gedir”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər