İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 9.4 faiz artaraq 505 milyon manat təşkil etmişdir ki, onun da 71 faizi əhali tərəfindən istehlak olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xidmətlərdən əldə edilən gəlirin 37.1 faizi və ya 187.5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.