Azərbaycanda mobil qanunvericilik tətbiqi yeni versiyası istifadəyə veriləcək.
Banker.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, doğum və ölümün dəqiq statistikasının aparılması çox vacibdir:
“Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur”.